Ülvira yeni telekanal açdı

Azərbaycanda daha bir internet televiziyası yayıma başlayıb.

XALQ.AZ məlumat verir ki,  bu barədə sosial şəbəkədə məlumat yayılıb.

CVN (Cavan) adı ilə bu gündən yayımlanan kanala tanınmış aparıcı Ülvira Qarayeva rəhbərlik edir.

Məsələ ilə bağlı Qarayeva ilə əlaqə saxladıq. O, CVN TV-də çalışdığını təsdiqləsə də, əlavə məlumat verə bilməyəcəyini dedi:

“Əlavə məlumat verə bilmərəm, yayımı izləyin”. Qeyd edək ki, aparıcı Ülvira Qarayeva sonuncu dəfə ARB TV-də çalışırdı.