Universitetdə elmi konfrans başladı

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)  Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli – mənəvi dəyərlər: ənənə və müasirlik” adlı beynəlxalq elmi konfrans keçirib. 

XALQ.AZ  xəbər verir ki, konfransa ölkəmizin ali təhsil müəssisələrindən, AMEA-nın Tarix və Fəlsəfə İnstitutundan nümayəndələr, eyni zamanda Türkiyə, Çin və Rusiyadan gələn qonaqlar qatılıb.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında H. Əliyevin həyat yoluna nəzər salıb onun uğurlu siyasətindən, dövlətçiliyimizin, ölkəmizin inkişafında göstərdiyi xidmətlərdən danışıb.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə də çıxışında ümummilli liderin gördüyü işlərdən, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələrdən danışıb.

Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru professor Y.Qraçovanın “Heydər Əliyev şəxsiyyəti: xatirələr” məruzəsi də ilə çıxış edib.

Plenar iclasın sonunda AzMİU-nun İctimai fənlər kafedrasının müdiri dosent Könül Əliyeva və Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxış edib.

Sonra konfrans ayrı-ayrı bölmələrdə davam etdirilib. Onu da qeyd edək ki, konfrans 2 gün davam edəcək.

 

 

Elgün