Universitetlərdə 4050 yer boş qalıb

Meleyke

Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bugünki mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmrin ali məktəbə göndərilməyəcəyini bildirib.

TQDK sədri universitetlərdə 4050 vakabt yerin qaldığını bildirib: “Ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı I qrup üzrə 92,12 faiz, II qrup üzrə isə qəbulolma faizi 89,77 faiz, III qrup üzrə 90,61 faiz, IV qrup üzrə isə 77,16 faiz olub. Cəm olaraq qəbulolma 89,28 faizdir. I qrup üzrə 945, II qrup üzrə 1116, III qrup üzrə 981, IV qrup üzrə 1008 vakant yer qalıb”.