“Ünvansız qatar” tamaşası nümayiş olundu

XALQ,AZ xəbər verir ki, Martın 31-i Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olundu.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov,  Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli və teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bildirdilər ki, bu il 31 Mart soyqırımının 100 ili tama olur. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə faciənin 100 illiyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda genişmiqyaslı tədbirlər keçirilir. Mart soyqırımının geniş miqyasda keçirilməsi və daha ətraflı araşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mart ayının 26-da imzaladığı fərmanla mart hadisələrinin əsl tarixi qiymətini verdi.

Əsərin müəllifi Əli Əmirli bildirdi ki, tarixi yaşatmaq , gələcək nəsillərə çatdırmaq ədəbiyyat nüqmayəndələrinin borcudur və yazarlar tarixin unudulmuş səhifələrinəi öz əsərlərində işıqlandırmalıdırlar. Dramaturq əlavə etdi ki, uzun müddət xalqdan gozli saxlanılan və sovet dönəmində bir çox insanların xəbərsiz olduğu 31 Mart qırğını haqqında ilk dəfə Fransada mühacir həyatı yaşayan  Azərbaycan əsilli fransız yazıçısı Baninin  (Ümbülbanunun) “Qafqaz günləri” əsərində oxumuşdum və çox təəccüblənmişdim. ədəbiyyatımız uzun illər bu barədə susurdu. Zaman gəldi ki, artıq tarixi həqiqətələri üzə çıxarmağın vaxtıdır.

Tamaşanın rejissoru Bəhram Osmanov qeyd etdi ki, əsərin əsas məqsədi gənc nəslə tarixi məqamları aşılamaqdır. Teatr olaraq bizim vəzifəmiz tarixi hadisələri unutmamaqdır. Tamaşada insanın öz keçmişinə düşünənrək yanaşması əks olunub.

Qeyd edək ki, tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. “Ünvansız qatar” pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə yaşadıqları faciələr və daxili əzabları onları sıxır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları Əməkdar artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva ifa edirlər.

Elgün