Türkiyədə nazirlər daşladılar

Suriyanın Kobani mahalındakı şiddətli qarşıdurmalar nəticəsində Türkiyəyə qaçaraq Şanlıurfanın Suruç rayonuna gələn suriyalıları görmək üçün bölgəyə gələn Baş nazir köməkçisi Numan Kurtulmuş, daxili işlər naziri Efkan Ala və kənd təsərrüfatı naziri Mehdi Eker sadə vətəndaşlar tərəfindən daşa basılıb. XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya sərhəddində qaçıqnların vəziyyətini araşdırmaq üçün gələn dövlət rəsmiləri gözləmədikləri halla rastlaşıblar. Yerli əhalin daş və əllərindəki su şüşələrini ataraq, onları fitə basıb. Bu səbəbdən nazirlər hadisə yerindən sürətlə uzaqlaşıblar.