Uşaq liftin tunelinə düşüb öldü

33

7 yaşlı Ramal yerindəcə dünyasını dəyişib.

Azərbaycanda 7 yaşlı uşaq faciəli şəkildə ölüb.

Xalq.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ə.Talıblı küçəsi 3/8 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasında yaşayan, 7 yaşlı Ramal Cavid oğlu Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğundan araşdırma aparılır.