Vəzifəli şəxs narkotiklə həbs olundu

 

hebss

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

“XALQ.AZ “Report”a istinadən məlumat verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.

 

****

 

XALQ.AZ ölkə.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.
Qeyd edək ki, yayılan məlumatlara görə, R. Quliyev üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Scroll to top