Vəkillər Fəxri xiyabanda

Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.

XALQ.AZ xəbər verir ki, Kollegiya sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri və vəkillər Fəxri Xiyabana gələrək, Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarı ziyarət olunub.

 

 

 

Elgün