Vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.