Vaqif Abdullayevin köçürmə əməliyyatları

77

 

Vaqif Abdullayevi “Mirdamət-2008” MMC şirkətinə nə bağlayır?

İcra başçısı kanalizasiya işləri aparılan və hər yeri qazıllan Beyləanda yaşıllışdırma və abadlaşaşdırma adı altında yüz minlərlə manat vəsait silib…

Beyləqan rayonundan pia.az daxil olan məlumata görə icra başçısı Vaqif Abdullayev rayonun abadlığı va yaşıllaşdırılması adı altında sadəcə adı olan şirkətlərə vəsait köçürərək dövlətin yuzminlərlə vəsaitini mənimsəməklə məşğuldur.

Belə ki, 2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm İdarəsinin təmirini və şəhərin abadlaşdırılması üçün “Mirdamət-2008” MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılmışdır. Məlumat verən mənbə bildirir ki, rayon Mədəniyyət və Turizm İdarəsi normal şəkildə təmir edilsədə, əsas vəsait rayon abadlaşdırılması adı altında silinib. Bildirir ki, icra başçısının göstərişi ilə “Mirdamət-2008” MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək Vaqif Abdullayevə çatdırılıb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib.

Məlumata əsasən bu il Beyləqan şəhərində abadlaşdırılmış hansısa bir ərazi yoxdur. Çünki rayonun mərkəzindən tutmuş kənarına qədər hər yerdə su və kanalzasiya lahiyyəsi həyata keçirilir. Məhz rayonda kanalzasiya lahiyyəsinin başlayacağını fürsət bilən Vaqif Abdullayev birbaşa “Mirdamət-2008” MMC- yə 245 min manat vəsait köçürtdürərək rayon mərkəzində bəzi yerlərin təmiri, abadlaşdırılması və yaşıllaşdırılması adı altında sənədləşmə aparaq həmin vəsaiti bütöv halda mənimsədiyi qeyd olunur.

Qeyd olunur ki, icra başçısı Vaqif Abdullayev abadlaşdırdığı ərazilərin yenidən dağılmasının günahını isə su və kanalzasiya lahiyyəsini aparan şirkətin üzərinə ataraq vəziyyətdən cıxmağın yolun tapıb.

Məlumatda o da bildirilir ki, “Mirdamət-2008” MMC-nin rayon mal bazarının sahibi Qəhrəman Qəhrəmanova aid olduğu bildirilir. Adı çəkilən şəxs bir neçə dəfə tanışlarına bildirib ki, Vaqif Abdullayev rayon ərazisindəki bir çox dövlət obyektlərini ona satıb. Mənbə bildirir ki, Qəhrəman Qəhrəmanovun müəssəsi Vaqif Abdullayev üçün bir çox başqa əməliyatlarda iştirak edib.

Məlumat verən mənbə bildirir ki, bəzi səbələr üzündən son aylar Vaqif Abdullayev köçürmə əməliyatını artıq Qəhrəman Qəhrəmanovun “Mirdamət-2008” MMC şirkəti ilə deyil, özünü depuat Ayaz Orucovun adamı kimi qələmə verən şəxsin müəsisəsi ilə aparmağa başlayıb. Bildirilir ki, Vaqif Abdullayev köçürtmə əməliyyatında yeni «şərikinə» daha az, 12 faiz «komissiyon» verir və bu da icra başçısını qane edir. Məlumata əsasən Ayaz Orucovun adamı kimi bilinən şəxs İmişli rayonundandır.
Adının hələ açıqlanmadığı həmin şəxs və şirkətinin köçürmə əməliyyatları ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə bu barədə məlumatları yayacağıq.

Yazıda adı keçən şəxsləri mövqeyini dərc etməyə hazırıq…