Vaqif Mustafayevə fəxri diplom verilməsi haqqında Prezidentin Sərəncamı

V.B. Mustafayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə Vaqif Behbud oğlu Mustafayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.