Vasif Məhərrəmlidən qızına sərt qadağa:

Müğənni Vasif Məhərrəmli qızı Əfşana qoyduğu sərt qadağalardan danışıb.

XALQ.AZ Milli.Az-a istinadən xəbər verir ki,  açıqlama verən müğənni qızını dünyalar qədər sevdiyini, amma bununla belə, evdə sərt qanunlarının hökm sürdüyünü dilə gətirib:

“Qızım Əfşanı dünyalar qədər sevirəm. O, mənim gözümün nurudur. Bununla belə ona çox böyük qadağalar qoymuşam. Birmənalı şəkildə Əfşan “votsap”dan istifadə edə bilməz, buna əsla icazə vermərəm. Rəfiqələri ilə “votsap”da yazışsın, gedib rəfiqələrinin evində qalsın, ya rəfiqələri gəlib bizdə qalsın – belə şeylər olmayıb, olmayacaq da. Qızımın İnstagram səhifəsində 3-5 nəfər – qohum-əqrəba, tanışlar ola bilər, vəssalam. O, özü də bilir ki, atanın dedikləri qanundur və bu qanunlar müzakirə olunmur”.

V. Məhərrəmli ailə qurarkən qızının seçiminə müdaxilə edəcəyini də deyib:

Rəsul