Vasif Talıbov jurnalistə mənzil hədiyyə etdi – Açıqlama

vasif
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Azərtac”ın  əməkdaşına mənzil bağışlayıb.
XALQ.AZ xəbər verir ki, bu barədə “Azərtac”ın Naxçıvan bürosunun rəhbəri Rauf Kəngərliyə sosil şəbəkədə məlumat verib.
Onun açıqlamasını oduğu kimi təqdim edirik:
“Dostlar, sevincimin həddi-hüdudu yoxdur. Ailə həyatı qurduğum 22 il ərzində ilk dəfədir, nəhayət ki, bir evim oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərinin çox görkəmli bir yerində 3 otaqlı mənzillə təmin olundum.
Bu, mənə və mənim timsalımda qədim diyarda fəaliyyət göstərən bütün mətbuat nümayəndələrinə göstərilən etimadın, qayğının növbəti nümunəsidir. Mən, həyat yoldaşım və 4 övladım ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!!! Allah Sizə uzun ömür, can sağlığı versin cənab Sədr!!!
Dostlar, o qədər həyacanlıyam ki, fikrimi, duyğularımı ifadə edə bilmirəm”.

Scroll to top