Vasif Talıbov onların maaşını artırdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov2017-ci il yanvarın 27-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZ-ın məlumatına görə, sərəncamda deyilir:
“Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması,  Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
2. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılsın.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və Sədərək Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2018-ci il iyulun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər”.