Vaxtı keçmiş kreditlərin həcmi artıb

Bu ilin mart ayının 1-nə banklar tərəfindən 11561.1 milyon manat kredit verilib.

XALQ,AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 1700.9 milyon manat kreditin vaxtı keçib.

Beləliklə, problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 14,7 faizə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində bu rəqəm 13.8 faiz təşkil edirdi. 2017-ci ilin müvafiq dövründə isə problemli kreditlərin ümumi kredit portfelində çəkisi 9.8 faiz olub.

Bank sektorunda problemli kreditlərin xüsusi çəkisi ötən ilin noyabr ayında maksimum həddə çataraq 15.5 faiz (1890.3 milyon manat) təşkil etmişdi.

 

 

Elgün