Vergi borcuna görə bu şirkət satışa çıxarıldı

“Gəncə-Şərab-1” ASC-yə məxsus 21 ədəd palıd budu vergi borcuna görə hərraca çıxarılıb.

XALQ.AZ“Vergilər” qəzetinə istinadən xəbər verir ki, əmlakların tam dəyəri 2 590,5 manatdır.

Hərracda iştirak etmək üçün 259 manat beh tələb edilir. Əmlaklar Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında yerləşir.