Vergilər Nazirliyinin yeni xidmət mərkəzi açıldı

 

65

Vergillər Nazirliyinin vergi ödəyicilərinin Xidmət Mərkəzinin yeni binası təhvil verilib. Bu binada müasir avadanlığın və sürətli komunikasiyası sisteminin köməyi ilə vergi qanunvericiliyinin tədbiqi barəsində vətəndaşlara məlumat veriləcək, bir pəncərə sistemi ilə bağlı geniş spektrdə xidmətlər göstərilərək fiziki və hüquqi şəxslərin təsərrüfat subyektlərin qeydiyyata alınması və çıxarılması aparılacaq.

Vergilər Nazirliyinə müraciət etmək imkanı da yaradılıb. Sadalanan xidmətdən başqa, vətəndaşlara bəyannamələrin hazırlanmasında, bankda hesabın açılması, elektron vergi hesablarının göndərilməsi kimi işlərdə mərkəz yardımçı ola bilər. Binanı tərk etmədən birbaşa Vergilər Nazirliyinə müraciət üçün şərait də yaradılıb. Yeni binada həmçinin nazirliyin 195 nömrəli Çağrı mərkəzi də yerləşəcək. Adıçəkilən binanın istifadəyə verilməsi bu xidmətin yaradılmasının onilliyinə təsadüf edib.