“Veysəloğlu” şirkətlər qrupu jurnalistlər üçün 5-6 sentyabr tarixlərini əhatə edən tur təşkil edib.
XALQ.AZ xəbər verir ki, 5-6 sentyabr tarixində baş tutan turda media nümayəndələri Qəbələ və Oğuz rayonlarına səyahət etdilər. Hər zaman jurnalistlərə xüsusi diqqət ayıran şirkət nümayəndələri, bu dəfə də media əhlinin yüksək istirahətini təmin ediblər. “Veysəloğlu” tərəfindən Qəbələdə 5 ulduzlu oteldə yerləşdirilən jurnalistlər burada yüksək səviyyədə istirahət ediblər.
Turun ilk günü “Veysəloğlu” Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri İlham Məmmədov təmsil etdiyi şirkətin fəaliyyəti haqqında jurnalistləri məlumatlandırdı və hər zaman media ilə əməkdaşlıq edəcəklərini açıqladı. Daha sonra jurnalistlər şirkətin 20 illik fəaliyyəti haqqında qısa təqdimatla tanış olublar. Təqdimat zamanı şirkət tərəfindən media nümayəndələrinə hədiyələr də verilib. Eyni zamanda turun ilk günü jurnalistlər şirkət nümayəndələri tərəfindən Tufandağ Qış-Yay Turizim Kompleksinə də aparılıblar.
Turun ikinci günü isə “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri jurnalistləri Oğuz rayonuna apararaq, burada təbiət qoynunda onların istirahətinə şərait yaradıblar.
Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda ən böyük distributor şirkətidir. Dünyanın 100-dən artıq fabrikinin məhsullarının Azərbaycanda dağıtımını təşkil edir.
Cəfər Cəfərov