“VİA Qra”nın keçmiş üzvü “fahişə”yə çevrildi

Viaqra

Rusiyanın 3 cazibədar xanımdan ibarət olan məşhur “VİA Qra” qrupunun keçmiş solisti Nadejda Meyxer yeni filmdə fahişə rolunu canlandırıb.

Xalq.az-ın məlumatına görə, ötən gün Odessada “Sən məni sevirsən?” adlı filmin qala gecəsi keçirilib. Kinoda bir neçə tanınmış simalar iştirak ediblər, o cümlədən aparıcı və müğənni Nadejda da orada yer alıb.

Meyxer üçün bu obraz kino aləmində debüt rolu olub. Təqdimat gecəsinə qatıla bilməsə də, ifaçı ona gələn təklifə sevinərək razılıq verib.

Filmin ssenari müəllifi Yuli Kurbatov fahişə roluna nəyə görə məhs Meyxeri seçdiyini açıqlayıb: “Nadejdanı çoxdan tanıyırdım, amma sonra teleproqramlardan birində onun aktrisalıq bacarığını gördüm. Bununla da başa düşdüm ki, Nadejda Meyxer bir neçə obraza girə bilir, onunla işləmək mənim üçün zövq verici oldu”.

Bundan əlavə olaraq Yuliy Kurbatov bildirib ki, ifaçı ilə birlikdə işləmək asand başa gəlib və bundan sonra da işbirliyi edəcəyini vurğulayıb.