Viktor Orban Macarıstan parlamentində çıxış edib

Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentinin binasında keçirilmiş mətbuat konfransında bəyan edib ki, öz kabinetini “əsasən yeni adamlar” və “yeni strukturlar hesabına formalaşdırmağı planlaşdırır.

XALQ,AZ xəbər verir ki, Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir ki, Orban 3-4 həftə ərzində yeni hökumətin formalaşdırılması üçün ümumxalq seçkilərində inamlı qələbə qazanmış hakim “Fides” partiyasının mandatını alıb. “Macarlar kiminlə birlikdə yaşamaq istədiklərinə dair qərar veriblər. Macarıstan qüdrətli Avropa, güclü üzv-dövlətlərin tərəfdarı olan ölkədir. Hökumətimiz “Avropa Birləşmiş Ştatları”nı deyil, millətlərin Avropasını dəstəkləməlidir”, -deyə Orban əlavə edib.

Yeni kabinetin siyasətinin əsas istiqamətlərinə toxunan Baş nazir deyib ki, demoqrafiya bu siyasətin əsas prioriteti olacaq.

Orban deyib ki, o, Matolçi iqtisadi məktəbinin (Macarıstanın keçmiş iqtisadiyyat naziri və Milli Bankın hazırkı sədri Dyord Matolçi nəzərdə tutulur) üzvüdür. Dövlət maliyyə sisteminin qaydasında olması və dövlət borcunun azalmasının zəruriliyi bu məktəbin prinsipləridir.

Baş nazir maliyyə çətinlikləri səbəbindən gündəlik “Magyar Nemzet” qəzetinin və “Lánchíd Rádió” radiostansiyasının bağlanması məsələsinə aydınlıq gətirməkdən imtina edib. Bildirib ki, işgüzar məsələlərlə məşğul olmur və özəl KİV-lərin taleyini onların öz sahibləri həll edir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir