Vüsal Hüseynov BQXK-ın rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, DMX-dan verilən xəbərə görə, tanışlıq xarakterli görüşün məqsədi ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

V.Hüseynov Xidmət tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BQXK ilə əməkdaşlığa önəm verildiyini söyləyən Xidmət rəisi əlaqələrin bundan sonra da davam və inkişaf etdiriləcəyini qeyd edib.

Xidmət rəisinə səmimi qəbula görə minnətdarlığını bildirən və görüşdən məmnun qalan xanım Elena Aymone Sessera BQXK-nin Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açıb. Təmsil etdiyi təşkilatla DMX arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.