Vüsal Hüseynov görüş keçirdi

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə  DMX-dən məlumat verilib. V.Hüseynov BP şirkəti ilə DMX arasında əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələrin aparılması baxımından görüşün əhəmiyyətini qeyd edib. Bildirib ki, BP Azərbaycanın strateji tərəfdaşı kimi mühüm enerji layihələrinin həyata keçirilməsi, neft və qaz sənayesinin inkişafı, qabaqcıl texnologiya və təcrübənin tətbiqi sahəsindəki nailiyyətləri ilə zəngin əməkdaşlıq nümunəsi yaradıb. Xidmət rəisi diqqətə çatdırıb ki, “BP Azərbaycan” şirkəti Dövlət Miqrasiya Xidmətiilə möhkəm və konstruktiv əlaqələrə malikdir. İki qurum arasında sıx əməkdaşlıq əlaqələri xüsusilə iş və yaşayış icazələrinin verilməsi, işçi qüvvəsinin milliləşdirilməsi sahəsində mövcuddur.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə ARDNŞ və “BP-Azərbaycan” şirkəti arasında 14 noyabr 2013-cü ildə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokol”a uyğun olaraq, neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı müəyyən edilmiş hədəfin icrası istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Qəri Counz Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini və ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BP 2018-ci ilin sonunadək mühəndis-texniki heyətinin milliləşdirilməsi ilə bağlı götürdüyü öhdəliyi uğurla yerinə yetirməkdədir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qeyd edib ki, Azərbaycan vətəndaşları BP-nin qlobal əməliyyatlarında çox yüksək rəhbər vəzifələr tutublar, bu da işçi heyətin keyfiyyət və təcrübəsindən xəbər verir. O, əminlik ifadə edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişinin imzalanması mövcud əməkdaşlığın daha da uzunmüddətliliyini təmin edəcək. Görüşdə hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.