Vüsal Hüseynov tapşırıq verdi-Ölkədə qanunsuz yaşayan əcnəbilər saxlanıldı

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 25-dən 28-nə kimi qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 22-si Gürcüstan, 13-ü Pakistan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vətəndaşı olmaqla ümumilikdə 74 əcnəbi saxlanılıb.
DMX-in mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.