Vüsal Hüseynov tapşırıq verdi -Xüsusi əməliyyat keçirildi

Mayın ilk 10 günü ərzində  Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan,  6 Hindistan,  2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə 53 əcnəbi sax­­­lanılıb.

XALQ.AZməlumat verir ki,  araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.  Həmçinin, 19 nəfər Öz­­bəkistan vətəndaşının və 1 nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də  Azərbaycan kə­na­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Azərbaycanda 53 əcnəbi saxlanıldı