“WhatsApp” haqqında maraqlı faktlar

Vatcap

“WhatsApp”ın 50 əməkdaşı var. Onların 32-si proqramçıdır.

Messencerin 450 milyon auditoriyası var. 300 milyon insan gündəlik ondan istifadə edir. İstifadəçilər gündəlik 19 milyard mesaj göndərirlər, 34 milyard mesaj isə qəbul edirlər. Bu göstərici təxminən gündəlik sms-lərin həcminə bərabərdir.

Gündəlik 600 milyon foto göndərilir. Müqayisə üçün, həmçinin “Facebook”a məxsus “Instagram”a gündəlik 55 milyon yüklənilir. “Facebook” şirkəti “WhatsApp”ı satın almaq üçün 19 milyard dollar ödəyib.

“WhatsApp” istifadəçiləri, həmçinin gündəlik 200 milyon səsli mesaj və 100 milyon videomesaj göndərirlər.