“WhatsApp” qruplarından bezənlərə ŞAD XƏBƏR

Yəqin ki, hər biriniz “WhatsApp”da ya qohumlarınızın, ya iş yoldaşlarınızın yaratdığı qruplarda varsınız. İnanıram ki, çoxunuz da bu qruplardan çıxmaq istəyir, amma yenə də onlara hörmətsizlik olar deyə, qrupdan çıxmayıb, o bezdirici yazıları oxumaq məcburiyyətində qalırsız. Bax o insanlar şad xəbərimiz var.

XALQ.AZ xəbər verir iki, artıq “WhatsApp”da faydalı yenilənmə gözlənilir.

Bu funksiya qrup çatlarının yaradıcılarına seçilmiş istifadəçilər üçün məlumatlar göndərilməsini məhdudlaşdırmağa imkan verəcək. “Qrupu məhdudlaşdırmaq” o deməkdir ki, yalnız qrup administratorları mətn göndərə bilər. Qalan istifadəçilər isə onları yalnız oxuya biləcək.

Bundan başqa, qrup üzvünün “Message Admin” düyməsindən istifadə imkanı olacaq, bununla da göndərdiyi məlumatlar görünənə qədər administratorun icazəsini ala biləcək.

Administrator istifadəçilərin qrup haqqında informasiyaları, o cümlədən qrupun adını dəyişmək imkanlarını da məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq.

Messencerin dəyişikliklərini bütün iOS və Android qurğularında növbəti yenilənmədə görmək olacaq.

 

Elgün