Xərçəng olan Hacı Nuran Almaniyadan səsləndi

Haci

Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovdan xəbər var.

Xalq.az-ın məlumatına görə, Almaniyada müalicə alan sevilən aparıcı şəxsi Facebook səhifəsində yeni fotosunu paylaşıb. Hacı Nuran ona dəstək olan Hacı Nazim adlı dostu ilə kamera önünə keçib. Daha sonra isə ona dəstək verənlərə təşəkkürünü bildirib:

“Mənə həmişə elə gəlir ki, ən isti varlıq günəşdir! Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi onun yanında zəif görünür, bir fərq də var: Həqiqi dost istisindən yanmaq olmur… Xəstə olduğum birinci gündən mənə çox dəstək olanlardan, şəxsən mənim özümə və neçə-neçə xəstələrin əməliyyatına və müalicələrinə maddi-mənəvi kömək olan, xüsusi ilə Bakıdan bir neçə dəfə Almaniyaya mənim ziyarətimə gələn, çox istədiyim uşaqlıq dostum Hacı Nazim Farzaliyev oldu. Dəyərli dostum-qardaşıma təşəkkür etməyə söz tapmıram. Çox sağ ol ki, varsan. Allah səni hər zaman qorusun. Gəlişin ilə məni yenə çox sevindirdin. Allah da səni sevindirsin”.

Xatırladaq ki, Hacı Nuran “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.