Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatdı

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilir.

XALQ.AZ xəbər verir ki, vida mərasimində mərhumun yaxınları ilə yanaşı, incəsənət nümayəndələri iştirak edirlər.

Xalq artisti vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Orxan