Xəyyamın xanımı hansı məşhurun qızıdır?

Xəbər verdiyimiz kimi, ötən həftə müğənni Xəyyam Nisanovun möhtəşəm toy mərasimi baş tutub.

İNANILMAZ! Xəyyam Nisanov görün, kimin qızını alıb

XALQ.AZ xəbər verir ki, Nərmin adlı xanımla nikah masasına əyləşən ifaçının toyu dəbdəbəli dekorasiyası, Rusiyadan gələn qonaqları ilə diqqət çəkib.

Toyu mediaya qapalı keçən sənətçinin xanımı barəsində isə bir o qədər də məlumat yoxdur.

Bir çox yerli saytlar Nərminin əvvəllər model kimi fəaliyyət göstərdiyini yazıb.

Əslində isə 19 yaşlı gözəl xanım subay ikən yerli salonların birində manikür ustası kimi çalışıb. İşinin peşəkarı olan Nərmin qısa zamanda müştərilərinin sevimlisinə çevrilməyi də bacarıb.
İfaçı Nərmini toyda görüb bəyənmiş, daha sonra ona elçi düşübmüş. Milliyətcə yəhudi olan gənc xanım Xəyyamın istəyi ilə iş fəailiyyətini dayandırıb və bundan belə ev xanımı olacaq.

Evlilikdən öncə Bakının Yasamal rayonunda yaşayan Nərminin atası isə avtomobil ustasıdır.

Xatırladaq ki, Xəyyam həyat yoldaşından 16 yaş böyükdür.