“Xəzər Lənkəran” buraxıldı

Xezer-2

“Xəzər Lənkəran”ın futbolçuları istirahətə buraxılıb.

XALQ.AZ-ın məlumatına görə, Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan baş məşqçi Oğuz Çətin yetirmələrinə istirahət verib.

“Xəzər Lənkəran” oktyabrın 3-dək məşq etməyəcək. Həmin gün toplanacaq komanda VIII turun hazırlıqlarına start verəcək. Lənkəran klubunun fasilə müddətində əvəzedici komandası ilə yoxlama oyunu keçirməsi gözlənilir.

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək millinin oyunları ilə əlaqədar Premyer Liqada 20-günlük fasilə yaranıb.