“Xəzər Lənkəran“dan qələbə

 

 

2

Topaz Premyer Liqasında VI turun oyunları iki qarşılaşma ilə davam edib.

 

“Sumqayıt” evdə AZAL-la “Xəzər Lənkəran” isə “Fırtınalar meydanı”nda “Araz-Naxçıvan”ı qonaq edib.
Matçın 24-cü dəqiqəsində Freddi Mombonqonun vurduğu qol AZAL-a qələbə qazandırıb.
“Xəzər Lənkəran” isə fasiləyə qədər hesabı açmaqda çətinlik çəkib. Cənublular ikinci yarıda vurduğu qollarla azarkeşlərini sevindirib – 2:0.
Qeyd edək ki, Topaz Premyer Liqasında VI turun ilk oyununda “İnter” “Bakı”nı 7:0 hesabı ilə darmadağın etmişdi.
Topaz Premyer Liqası, VI tur
20 sentyabr (şənbə)
“Xəzər Lənkəran” – “Araz Naxçıvan” – 2:0
Qollar: Qalin İvanov, 73; Ağabala Ramazanov, 88. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 8.
“Sumqayıt” – AZAL – 0:1
Qol: Freddi Mombonqo, 24