Xəzərdə batan şəxs xilas edildi

Xezer

Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Türkan” sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.