Xəzərdən daha bir neftçi meyiti tapıldı

xezer

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Prezidentin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan XALQ.AZ-a daxil olan məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin “Pirsaat” burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957 – ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsus olduğu rəsmən təsdiq edilib.