Xaçmazda treninq keçirilib

 

54

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirlərini davam etdirir. İSN-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Mərkəzin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında növbəti treninqlər Xaçmaz rayonunda keçirilib.

Tədbirdə biznes planların və investisiya layihələrinin hazırlanması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması barədə təqdimatlar keçirilib, iştirakçılara biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, maliyyə planı, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib.

Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb