Xalq artisti ağır qəzaya düşüb

avariya

Xalq.az-ın  AzNews.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 17-18 radələrində Masazırdan Novxanıya gedən istiqamətdə, Duz gölünün yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, maşını Xalq artistinin rəfiqəsi idarə edib. Qəza o qədər ağır olub ki, F.Kərimovanın qolu qırılıb. Maşın isə istifadəyə yararsız vəziyyətə düşdüyündən hadisə yerindən evakuasiya xidməti vasitəsi ilə aparılıb.

Bazar günü olduğundan rəsmi qurumlardan xəbəri dəqiqləşdirmək mümkün olmayıb. Hadisə yerində olan polis əməkdaşları əvvəlcə qəzanın baş verdiyini təsdiqləsələr də, daha sonra hadisə yerinə gedən AzNews.az əməkdaşının suallarını cavablandırmaqdan imtina ediblər.

Hətta bu barədə xəbərin mətbuatda işıqlandırılmamasını xahiş ediblər.

Xalq artisti Flora Kərimova AzNews.az-ın əməkdaşı ilə söhbətində qəza hadisəsinin baş vermədiyini deyib. Ancaq Xalq artistinin yorğun və xəstə olduğu səsindən bəlli olub.

Hadisənin təfərrütları barədə sabah- sentyabrın 9-da geniş məlumat veriləcək.