Xalq artisti “Selfie”-yə ad tapdı

Faiq

Xalq artisti Faiq Ağayev Azərbaycan dilinə “selfie” sözünün öz tərcüməsini gətirməyi təklif edib.

XALQ.AZ-ın məlumatına görə, aktiv sosial şəbəkə istifadəçisi olan müğənni “Facebook” səhifəsində maraqlı təkliflə çıxış edib. O, yazdığı statusların birində Azərbaycan dilini səlis bilənlərə səslənib:

“Mən “selfie” sözünü “ŞəxsiƏks” – “şəxsən əks etdirmək” kimi tərcümə etdim. “Selfie”nin tərcüməsini “özçəkim” kimi təklif etməyin, çünki bu tərcümə Anadolu türkcəsinə yaxındır, Azərbaycan dilində “çəkim” sözü yoxdur, amma “çəkiliş” və ya “çəkmək” var.

Sonra sənətçi Rusiyada çəkilmiş şəkillərindən birini “Instagram”-da “#şexsieks” heşteqi ilə paylaşıb.