Xalq artistinin övladının toyunda tanınmış türkiyəli müğənni oxuyacaq

 

2

Xalq artisti Ağadadaş Ağayev övladının toyundan danışıb.
XALQ.az-ın məlumatına görə, müğənni “Star life” verilişinə açıqlamasında sentyabrda baş tutacaq mərasimdə sənət adamlarının çox olacağını deyib:

“Bu, oğlumun öz seçimidir. Gəlini bəyənib, istəyib. Onun seçiminə qətiyyən qarışmadım. Düzdür, oğlum üçün mən də narahat olur, həyəcan keçirirəm. Kimi seçdiyi ilə maraqlanıram. Amma tanıdığım bir ailənin övladı olduğu üçün ikiəlli razılaşdım. İstəyirəm hay-küysüz bir məclis olsun. Daha çox sənət dostlarımı dəvət edəcəm. Hansı toyda ki gənclər var düşünürəm, orada dinamika lazımdır. Müğənnilər oxuyacaq, oturanlar da musiqidən zövq alacaqlar. Aparıcı, rejissor olmayacaq. Bütün ifaçılar növbə ilə ifalarını təqdim edəcəklər. Türkiyədən də bir sənətçini dəvət etmişəm. Vaxt uyğun gəlsə, o da qonağım olacaq. Adını sürpriz saxlayıram”.