Xalq artistinin qızının toyunda hansı məşhurlar iştirak etdi-Fotolar

Xalq artisti, rəqqasə Təranə Muradova qızını gəlin köçürüb.
XALQ.AZ  baku.ws-ə istinadən xəbər verir ki, rəqqasənin qızı Zeynəb Eldar adlı bəylə ailə qurub.
Toy məclisi dünən paytaxt restoranlarının birində- Sapfir Sarayda baş tutub. Məclisdə ailənin yaxınları və sənət camiyəsi iştirak edib.
Qeyd edək ki, Təranə Muradova və həyat yoldaşı Ramiz iki övlad sahibidir. Onların bir oğlu və bir qızı var.