XALQ.AZ-ın 4 illik fəaliyyəti

DSC_8452

XALQ.AZ xəbər portalının 4 illik hesabat tədbiri keçirildi

DSC_8450

Beynəlxalq Mətbuat Mərkəzində XALQ.AZ xəbər portalının 4 illik hesabat tədbiri keçirildi.İlk öncə iyulun 4-də erməni təxribatçıların törətdikləri vandalizmin  nəticəsində  həlak olan dinc kənd  sakinlərinin və şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DSC_8451

XALQ.AZ məlumat verir ki, tədbiri giriş söz ilə açan portalın baş redaktoru Zaur Mirzə-zadə bildirmişdir ki, xəbər portalı 2013-cü ildən yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

DSC_8468

Saytımız  fasiləsiz olaraq dəqiq və operativ informasiya yayımlayır. Xəbər portalı olaraq maraqlı müsahibələri, müəlif yazılarını,araşdırmaları sizlərə təqdim edir. Xəbər portalı Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan,Gürcustan və avropa ölkələrinin aparıcı informasiya agentlikləri ilə əməkdaşlıq edir.Məqsədimiz Azərbaycanın həqiqətlərinin beynalxalq miqyasda tanıdılmasını təmin etmək, ölkədə elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkşafını təmin edən layihələrdə yardımcı olmaq və həyata kecirməkdir. Milli mənəvi dəyərlərin qorunması, azərbaycancılıq məfkürəsinin və Azərbaycan mədən irsini və tarixini  geniş təbliğ olunması ilə bağlı işlərin aparılması layihələrin hazırlanması və tədbirlərin işıqlandırılmasını  təmin etməkdir. Vətənimiz Azərbaycan üçün  beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər üzrə təhqiqat və araşdırma aparmaq, maarifləndirici lahiyələr hazırlamaq, və həyata keçirtməkdir.

DSC_8567

Zaur Mirzə-zadə  çıxışında bildirib ki, ölkəmizdə  hər bir sahədə olduğu kimi  bü gün müstəqil  mətbuatımızda öz inkişaf mərhələsini yaşayır. Dövlətimizin inkişaf strategiyasının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  KİVDF-u və Mətbuat Şurası tərəfindən keçirən müxtəlif müsabiqələr, və yazılı KİV-ə dövlət tərəfindən maliyyələşdirilməsi bunun göstəricisidir.

 

DSC_8510

 

Bu gün ölkəmizdə azad söz azadlığı mövcuddur. Ölkə başçımız İlham Əliyev azad sözə, azad mətbuatın inkişafına hər zaman öz dəstəyini göstərir. Möhtərəm prezidentimiz İlham Əliyev hər bir vətəndaşın qayğı və problemləri həlli istiqamətində lazımi tədbirlər görür. Ölkədə ən kiçik problem belə prezidentimizin nəzərinizdən yayınmır. Bütün bunlar ölkə başçısı kimi cənab İlham Əliyevin  Vətənimizə, xalqımıza qayğınısının bariz nümunəsidir və daim xalqımızın yanında olmağınız bizi daha da fərəhləndirir. Cənab prezidentin fəaliyyəti dövründə xalqımızın rifahının yüksəlməsi, ölkəmizdəki sabitlik və Azərbaycanın regionda lider dövlətə çevirməsi təqdirəlayiqdir. Bizlər gələcəyimizi düşünülmüş siyasətə etibar etdiyimiz üçün yanılmamışıq. Sonda  bu diqqət,qayğıya görə  prezident İlham Əliyevə təşəkkürmüzü bildiririk. Zaur Mirzə-zadə qeyd edib ki, dörd ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir və gələcəkdə ingilis və rus dillərində portalın fəaliyyətinin davam etdirəcəklər. Sonda tədbir iştirakçıları portalın fəaliyyətində uğurlar arzulayıblar.

 

DSC_8449

Scroll to top