Xalqın taleyini müəyyən edən tarixi qayıdış

eld

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etsə də hakimiyyəti ələ keçirən səriştəsiz qüvvələr ölkənin bu dövrdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişdir. AXC-Müsavat rəhbərliyi 1993-cü il iyun ayının əvvəllərində Gəncədən ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha da dramatik hal almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdır.
Xalq başa düşdü ki, yaranmış şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik alternativsiz Lider məhz Heydər Əliyevdir.
Həmin dövrdə xalqın Ulu öndərə olan böyük sevgi və inamını etiraf etmək məcbiuriyyətində qalan AXC-Müsavat hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməsi də reallıqla bağlıdır.

 

heyder
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinə sədri seçilməsi isə onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş tarixidir. 15 iyun Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür.
Azərbaycan dövlətçiliyinin, milli müstəqiliyinin daimi və dönməz xarakter alması, müstəqil və uğurlu daxili və xarici siyasət, respublikanın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması, məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsi idi.
Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə aparılan islahatlar Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rəhbərliyi ilə uğurla davam etdirlir.

Eldəniz Səlimov,

Millət vəkili

 

Scroll to top