Xanəndənin meyiti kanaldan tapıldı

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.

XALQ.AZ xəbər verir ki, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.