Xanım millət vəkili at belində (FOTO)

Q-33

Hər zaman sosial və siyasi fəaliyyəti ilə diqqət mərkəzində olan millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə maraqlı fotoşəkillər paylaşıb.

XALQ.AZ-ın məlumatına görə, xanım millət vəkili Qənirə Paşayeva ötən gün axşam modelyer Gülnarə Xəlilova ilə birlikdə Atçılıq Federasiyasında olublar.

Onlar ayrı-ayrılıqda atlara miniblər. Bir müddət at çapdıqdan sonra atlara dair beynəlxalq yarışların qalibləri ilə söhbətləşiblər.

Millət vəkilinə orada Qarabağ atları və Dilboz atları ilə bağlı maraqlı məlumatlar verilib.

“Atlar çox həssasdır və yaxşı dostdur. İnsana hüzur verir. Heyvanlara qarşı qəddar, acımasız hərəkət edən insanlara qarşı hər zaman barışmaz olmuşam. Heyvanlara qarşı qəddar olanların insana sevgisinə heç zaman inanmaram. Atlar isə sevgini o dəqiqə hiss edir və hərəkətləri ilə bunu hiss etdiyini sizə anladır, qarşılıq verir.” – deyə xanım deputat öz təəssüratlarını bölüşərkən qeyd edib.  (anspress)

Q-11

Q-22

Q-33