Xaricdə oxuyanların ölkəyə qayıtması tələb olundu

“Xaricdə dövlət xətti ilə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əmək haqqı azdır. Bu dövlətin pulu ilə oxumusansa, ölkəyə qayıdıb borucunu qaytarmalısan, xidmət etməlisən”

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar. Onlar niyə ölkəyə qayıtmırlar? Həmin insanlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin” – S.Novruzov bildirib.
Orxan

Comments are closed.