Xatirə qısa ətəkdə muğam oxudu (VİDEO)

Xatire

Müğənni Xatirə İslam sosial şəbəkə istifadəçilərinə etirazını bildirib.

XALQ.AZ-ın məlumatına görə, sevilən müğənni Xatirə İslam iştirak etdiyi son tədbirlərdən  birində çəkilən qısa videoları və şəkilləri paylaşıb. Tədbirdə çıxışı zamanı müğənni muğam da  ifa edib. Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən onun qısa ətəkdə muğam oxuması  olub.

Sosial şəbəkə istifadəçiləri paylaşılan həmin məzmunların altında, “muğamla geyiminiz heç  uyğun gəlmir”, “muğam ciddi geyimdə oxunmalıdır”, “bu ətəkdir, yoxsa köynək?” və d. bu kimi  aqressiv rəylər yazıblar.

Müğənni isə bütün yazılanlara bu cür cavab verib:
“Mənim paltarımın qısalığı haqqında yazan insancıqlar, tək mənəmmi qısa ətək geyinən? Qısa geyinənlərə yaltaqlanıb deyirsiniz “aaa super”. Mən qısa geyinən kimi namus damarlarınız qıc olur. Əcəb edirəm.”