XIN-dən açıqlama…

Картинки по запросу viza schengen
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi bildirib ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir:
“Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır. Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.