Xırdalanda Heydər Əliyev prospekti niyə dağıdılır?

Heydər Əliyev prospekti dagıdılır. Nazir və icra başçısı isə susur.
Jurnalist, sabiq millət vekili Etibar Hüseynov FB-da maraqlı və aktual bir status paylaşıb.XALQ.AZ statusu olduğu kimi dərc edir.
Xırdalanda yaşadığım ünvanın bir terefi H. Eliyev prospektinə baxır. Bu yaxınlarda həm yaşadığımız küçə tərəfdən, həm də prospekt istiqamətdə qiymətli ağac və kollar gecəynən kəsilərək “Birlik- 7″ şirkəti tərəfindən hasara alınıb”
Deputatın dediyinə görə, hadisəylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edib:
“Şirkət əməkdaşlarıyla söhbətim qısa oldu; çünki qan-qan deyirdilər. Zeng etdim Ekologiya Nazirliyinin Qaynar Xəttinə. Dəstəyi qaldıran yuxulu xanım:” sizinlə əlaqə saxlayacaqlar”- dedi. Əlaqə bir gün sonra baş tutdu. Zəng edən müfəttişə olanları danışdım. “Pələng”ə çevrilib: “Qardaş, indi kənardayıq, sabah gelib onların başına oyun açacam”- dedi. Sonra səs-soraq gəlmədiyindən həmin şəxsə özüm telefon açdım. Həmin “pələng ses” 180 dərəcə dəyişmişdi. Mənə gedib araşdırdıq. Təhqiqat gedir. Qalanı sizlik deyil, bizə ağıl verməyin. Bir həftə ərzində Sizə cavab veriləcək”- dedi.
Bir həftə keçdi və cavab geldi. Yazıblar ki, “Araşdırma nəticəsində məlum olub ki, hər şey qanun çərçivəsindədi və heç bir ağac-filan kəsilməyib (!!!). Bax bele. Əlimdə kəsilən ağacların foto ve videosu var. Bunlar da deyir ki, bəs heç nə kəsilməyib. Ağacların ve yaşıllıqların yox edilməsi zaman-zaman mətbuatın gündəmində olub; və böyük səs-küy yaradıb. Amma edilən xəbərdarlıqlara baxmayaraq Ekologiya nazirliyinin əməkdaşları yenə də işlərinə məsuliyyətsiz yanaşır ki, bunun da səbəbi məlumdur. Bu ilin noyabr ayında Milli Məclis CM-nin 259 maddəsinə dəyişikliklər edərək ağac və yaşıllıqların məhv edilməsiylə bağlı cərimələri artırdı. 5000-7000 manat cərimə və 2-5 ilə qədər həbs. Amma nə faydası? Bütün bu sanksiyalar yalnız Ekologiya müfəttişlərinin rüşvəti artırmağından başqa heç nəyə yaramır. Hər halda hörmətli Hüseynqulu müəllimin məsələyə müdaxilə edib, obyektiv araşdıracağına ümid bəsləyirəm.
Abşeron RİH-nin də Ulu Öndər Heyder Əliyevin adını daşıyan prospektin dağıdılmasına bu qədər seyrçi qalması da düşündürücüdür. Sirr deyil ki, ayrı vaxt daşı deyil, çöpü-çöp üstə qoyanda bir göz qırpımında 10 instansiya birdən tökülüşüb gəlir”.

Scroll to top