Bu gün bir rayonun qaz təchizatında problem olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sisteminin ölçü qovşağında quraşdırma işləri ilə əlaqədar bu gün saat 13:00-dan 18:00-dək Xızı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.