Xızı seçiciləri “İlhamla irəli” deyir

Bu gün 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xızı rayonun Altıağac qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib.

Regionpress.az sia.az-a istinadən bildirir ki,  görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xızı rayon şöbəsinin sədri Fərrux Haqverdiyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində xalqa və dövlətə göstərdiyi əvəzsiz xidmətlərindən, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzundan danışıb.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı müsbət işlər əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb.

F.Haqverdiyev xızılıların hər zaman dövlətə, dövlətçiliyə sədaqətli olduqlarını, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək verdiklərini bildirdi. Təşkilat sədri çıxışının sonunda seçiciləri 11 aprel seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev ötən 15 il ərzində Azərbaycanda əldə olunmuş sosial-iqtisadi inkişafdan, ölkənin strateji valyuta ehtiyatlarının artmasından, vətəndaşların sosial rifahının yaxşılaşması, ictimai həyatın bütün sahələrinin kompleks inkişafı, ordu quruculuğu haqqında seçicilərə ətraflı məlumat verib. Bildirib ki, hər zaman Prezident İlham Əliyev xalqını – vətənini sevən lider olub: “Qədirbilən Azərbaycan xalqı da hər zaman Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olub və bunu Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək verməklə sübut edib”.

B.Quliyev əldə olunan uğurların davam etdirilməsi üçün seçiciləri 11 aprel 2018- ci il prezident seçkilərində fəal olmağa və konstitusion hüququmuzdan istifadə edərək seçki məntəqələrinə gedərək Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə seçicilər adından çıxış edənlər 11 aprel 2018-ci il prezident seçkilərində daha fəal iştirak edəcəklərini Azərbaycana bugünkü uğurları qazandıran Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda bir qrup fəal partiya fəalına YAP Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.

Elgün