Xızıda idarə işçisi faciəvi şəkildə öldü

olu

Xızı rayonunda faciəli ölüm hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, Magistral Qaz Kəmərləri Sahələrinin “Qaz İxrac” idarəsinin işçisi Ağayev Elnur Fətullah oğlu Xızı rayonunda yüksək təzyiqli qaz xəttini çəkərkən faciəli şəkildə ölüb.

Belə ki, E.Ağayev qaz xəttinin üzərində təmir işləri apardığı zaman qaz xəttinin filtiri yerindən çıxaraq onun üzünə zərblə dəyib. E.Ağayev hadisə yerində keçinib.

Mərhumun qardaşı Ağayev Ramil Fətullah oğlunun verdiyi məlumataa görə, E.Ağayev 10 ildir ki, Siyəzən rayonu “Qaz İxrac” İdarəsində elektrik kimi çalışıb. 2 ay bundan əvvəl isə o, çilingər kimi çalışmağa başlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir