Xüsusi əməliyyat keçirildi- Mütəşəkkil dəstə saxlanıldı

Xaricdən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaiti gətirən mütəşəkkil dəstə saxlanılıb.

XALQ.AZ xəbər verir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin Dövlət İmtahan Mərkəzindən daxil olmuş müraciət əsasında keçirdiyi əməliyyat zamanı “Abituriyent” jurnalının və digər test toplularının xaricdə nəşr olunaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən dəstənin başında Şahmar Abdullayevin dayandığı müəyyənləşib.

Aparılmış istintaq hərəkətləri nəticəsində dəstənin digər üzvləri Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

Hazırda dövlət qurumları saxta pirta məhsulların dövriyyədən çıxarılması və digər cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.